novruz
Humanizm naminə fəaliyyətimiz davamlıdır

Azərbaycan Qızıl Aypara Cəmiyyəti hər zaman ehtiyacı olan insanlara humanitar yardım, təmənnasız sosial-tibbi xidmətlər göstərmiş, müxtəlif fəlakətdən zərərçəkmişlərə lazımi dəstək vermişdir. Özünün fəaliyyət dairəsini daha da genişləndirərəк, Cəmiyyətimiz daha da təkmilləşərək Beynəlxalq Hərəkatın inkişafına öz töhvəsini vermişdir. Müasir dövrümüzdə Cəmiyyətimizin daha da inkişaf etməsinə əsas səbəb dövlət başçısının müvafiq fərman və sərəncamları olmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü cənab İlham Əliyev hər zaman Cəmiyyətimizə qayğı ilə yanaşmışdır. “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” qəbul edilmiş Qanun, “Qızıl Aypara Günü”nün təsis olunması, Nazirlər Kabinetinin müvafiq sərəncamları buna bariz nümunədir.ətraflı

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.