İanələrinizin ünvanı!!!

Azərbaycan Qızıl Aypara Cəmiyyəti vətəndaşlar tərəfindən ianə qutularına edilmiş ianələri aztəminatlı ailələrə, tənha və xroniki xəstə ahıllara, müalicələr üçün müraciət edənlərə, fövqaladə hallar zamanı istifadə etmək üçün anbar ehtiyatlarının formalaşdırılmasına, həmçinin yerli və beynalxalq səviyyədə baş vermiş fəlakətlərə (məs: Ukraynada hərbi münaqişə zəminində zərər çekmiş insanlara (2014), Nepalda baş vermiş dəhşətli zəlzələ nəticəsində zəzər çəkənlərə (2015), Belarusiyaya Ukraynadan qaçqın düşmüş 10.452 nəfərə (2015) sərf edilir.

İanə vəsaitləri hesabına ehtiyacı olan insanlara ümumilikdə aşağıdakı məbləğdə maddi yardımlar edilmişdir:

2011-ci ildə –   29 030 manat,

2012-сi ildə –   16 550 manat,

2013-cü ildə-   16 488 manat

2014-cü ildə –  14 396 manat

2015-ci ildə –    13 200 manat

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.