1408474003_140812102502_4_yazidis_reuters

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin beynəlxalq humanitar yardımları davam edir

 

09 iyun 2015-ci il tarixində İraqın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri, Zati-Aliləri cənab Heydər Əl-Barrakın təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin(AzQAC)  Baş Qərargahında AzQAC-in prezidenti, Millət Vəkili Dr.Novruz Aslanov arasında görüş keçirilmişdir.Görüşdə müzakirə olunan əsas məsələ hazırda Iraqda   baş verən böhranda əziyyət çəkən insanlara AzQAC tərəfindən İraq Qızıl Aypara Cəmiyyəti vasitəsilə mümkün humanitar və ya maddi yardımın göstərilməsi olmuşdur.

Bu görüşdən sonra  AzQAC   İraq Qızıl Aypara Cəmiyyətinə   müəyyən məbləğdə maddi yardımın edilməsi istiqamətində ianələrin toplanması kampaniyasına başlamışdır.

2015-ci ilin iyul-avqust aylarında İraqda müharibədən  əziyyət çəkən insanlara kömək olmaq məqsədilə başlanılan kampaniyada 5000 ABŞ dolları məbləğində ianə toplanmışdır.Həmin ianə 2015-ci ilin sentyabr ayının 4-də İraq Qızıl Aypara Cəmiyyətinə təqdim edilməsi üçün İraqın Azərbaycandakı səfirliyinin bank hesabına köçürülmüşdür. Qızıl Aypara ianə qutularının yanından laqeyd keçməyən hər bir vətəndaşa təşkilatımız adından təşəkkür edirik.

3992 - Ümumi baxış sayı 11 - Gündəlik baxış sayı

1 Şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.