20160527_121847_resized

Sumqayıt Regional Mərkəzininin rayon bölmə sədrləri ilə görüş

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin həyata keçirdiyi iş fəaliyyətində  mühüm sənədlərdən biri olan “Strateji İnkişaf  Planı”-nın (2016-2020) artıq        hazırlanıb çapdan çıxması və Regional Mərkəz və rayon bölmələrində   “Vahid hesabat sistemi”nə keçilməsi ilə əlaqədar olaraq 27.05.2016-cı il tarixində AzQAC-ın Baş Qərargahında görüş baş tutdu.

Görüş  Əziz Qocayevin açılış nitqi ilə başladı. O, əvvəlcə bütün iclas iştirakçılarını salamladı və iclasın keçirilməsinin əsas məqsədi barədə qısa     məlumat verdi. Daha sonra isə Ceyhun Mirzəyev yeni “Vahid hesabat       sistemi” haqqında məlumat verdi.

Yaqut xanım öz növbəsində  yeni hesabat blanklarını iclas iştirakçılarına slayd şəklində təqdim etdi və bu barədə geniş məlumat verdi. Üç      hissədən: “müraciətlər; yardım alanlar və keçirilən tədbirlər” bölməsində  ibarət olan hesabat blankları təqdim olundu və bununla bağlı iştirakçıları maraqlandıran bütün suallar əhatəli şəkildə cavablandırıldı.

Sonra isə görüş yeni Strateji İnkişaf  Planının slayd şəklində təqdimatı   ilə davam etdi. Səbinə xanım Strateji İnkişaf  Planına daxil olan hər 5 məqsədi geniş şəkildə izah edərək, edilən dəyişiklikləri və əlavələri iştirakçıların      nəzərinə çatdırdı.

Sonda hər bir rayon bölmə sədrinə yeni Strateji İnkişaf  Planı(2016- 2020) təqdim olundu.20160527_121800_resized 20160527_121815_resized 20160527_121915_resized

2876 - Ümumi baxış sayı 3 - Gündəlik baxış sayı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.