14183678_1500978946586296_441200929671765610_n

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Təhlükəsiz Yetişmə anlayışı konsepsiyası çərçivəsində təşkil olunmuş simulasiya tapşırığında iştirakı

2016-cı il sentyabr ayının 1-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nümayəndə heyyəti, Cəmiyyətin İcraçı Katibi Ceyhun Mirzəyev, İcraçı Katibin müavini Səbinə Məhbubi-İran, Fövqəladə Hallara Hazırlıq və Cavabvermə şöbəsinin müdiri Fərid Seyidzadə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları, əməkdaşlıq üzrə məsül şəxs Rasim Allazov, Əməkdaşlıq üzrə köməkçi Lyudmila Şepeleva ilə birlikdə Gürcüstan Qızıl Xaç Çəmiyyətinin (GQXC) işçi və könülləri tərəfindən BQXK-nin dəstəyi ilə Təhlükəsiz Giriş mövzusunda təşkil olunan simulasiya tapşırınğında müşahidəçi qismində iştirak etmişdir. GQXC-nin işçi və könülləri ilə yanaşı tədbiri cəmiyyətlə birgə fəaliyyət göstərən və əməkdaşlıq edən digər Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərəfdaşları müşahidə edirdi.

Təhlükəsiz Yetişmə anlayışı özündə hər bir Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin təhlükəsizliyinin və bu təhlükəsiziliyi təmin etmək üçün müvaifiq addımların atılmasını cəmləşdirir. Bu anlayışa  Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri tərəfindən öz işçi və könüllülərinin qorunması və təhlükəsiz  şəraitdə fəaliyyət göstərmələri üçün lazımlı mühitin yaradılması, işçi və könüllülərin Hərəkatın Prinsiplərinə, Beynəlxalq Humanitar Hüququn (BHH) normalarına, Davranış Qaydalarına, cəmiyyətin Nizamnaməsinə uyğun hərəkət və bu qaydalara riayət etmələri daxildir. Eyni zamanda Təhlükəsiz Yetişmədə ölkə daxili və ölkədən kənar tərəfdaşlarla düzgün iş və əməkdaşlıq münasibətlərinin qurulması və bununla Hərəkatın lazımı səviyyədə təmsil edilməsi, hər bir Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri tərəfindən AzQAC-i daxil olmaqla müvafiq sistemlər və strukturlarının yaradılmasına doğru atılan addımlar da nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, artıq AzQAC Təhlükəsiz Yetişmə anlayışı çərçivəsində  2016-2017- illər üçün Tədbirlər Planı hazırlamış, sənədə nəzarət və həyata keçirtmək məqsədilə işçi qrupu yaratmışdır.

Növbəti addım kimi 2017-ci ildə yuxarıda qeyd olunmuş simulasiya tapşırığının artıq Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən həyata keçirilməsi planlaşdırılır.14102685_1500979269919597_4916207708805852375_n 14184329_10154427872064354_6125708892055024664_n 14192191_10154491260474730_5249331103020294654_n 14199486_1500978886586302_5197923075253114928_n 14232507_1500980229919501_3612458200427349669_n

1981 - Ümumi baxış sayı 3 - Gündəlik baxış sayı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.