15326346_1127574044028939_1766240965787030315_n

“Beynəlxalq Könüllülər Günü”

5 dekabr tarixində “Beynəlxalq Könüllülər Günü” münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin könüllüləri ilə birgə tədbir keçirilmişdir.Bölmənin sədri Mətanət Məhərəmova könüllülərə günün mahiyyəti barəsində məlumat vermiş,böyük fəxrlə Qızıl Aypara Cəmiyyəti üzrə ən böyük könüllü ordusunun AzQAC Sumqayıt şəhər bölməsində oldugunu qeyd etmiş, Beynəlxalq Könüllülər Günü münasibəti ilə onları təbrik etmiş ən xoş arzularını bildirmişdi. İl ərzində görülən işlərə həsr olunmuş foto-slayt izlənilmiş, daha fəal olan könüllülərə və işçi heyətinə “Beynəlxalq Könüllülər Günü” münasibətilə Fəxri Fərmanlar təqdim olunmuşdur.Şirniyyat süfrəsi ətrafında gənclər diskusiya kecirmiş,maraqlı söhbətlər etmişdilər.Könüllülər də öz növbələrində bölmənin sədri Mətanət Məhərrəmovaya onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmişdilər.Sonda xatirə şəkilləri cəkilmişdi.20161205_161017 foto-54 foto-63 foto-81 foto-96 foto-104 foto-264 foto-294

1119 - Ümumi baxış sayı 3 - Gündəlik baxış sayı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.