foto-11

“Mərhəmətli olmağa tələsin” aksiyasına yekun vuruldu

«Azərikimya» İstehsalat Birliyinin və  Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin birgə keçirdiyi növbəti «Mərhəmətli olmağa tələsin» xeyriyyə aksiyasına yekun vurulub.

Tədbirdə «Azərikimya» İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov və Respublika Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova altı ildən bəri davam edən və artıq ənənə halını almış aksiyanın əsas məramından danışaraq, bu aksiyada məqsədin ehtiyacı olan uşaqların isti qış geyimləri ilə təmin olunmasına kömək etmək, uşaqların dünyasına yeni rəng qatmaqla onlara sevinc hissi yaşatmaq olduğunu iştirakçıların diqqətinə çatdırıblar.

Qeyd olunub ki, bu aksiyaya noyabrın 16-da 50-yə yaxın idarə və müəssisənin nümayəndələrinin iştirakı ilə “Azərikimya” İB-nin akt zalında start verilib və nəticə etibarilə bugünkü yekun tədbirdə aztəminatlı ailələrdən, valideyn himayəsindən məhrum olan, həmçinin fiziki qüsurlu 180 uşağa “Azərikimya” İstehsalat Birliyi, “Etilen-polietilen” zavodu, SOCAR-ın Marketinq İdarəsi, şəhər səhiyyə şöbəsi, “Unikal” və “Qəlb” klinikaları, şəhər bələdiyyəsi, “Paşa Həyat Sığorta” şirkəti, “Sumqayıt” Peşəkar Futbol Klubu, “Ustay” şirkəti, su-kanal idarəsi, “Alyans Tekstil” fabriki, “Meqapolis”, “Bi plast”, “L-plastik”, “Sabina – 2013” firmaları, “Reduco” Tədris Mərkəzi və digər müəssisələr tərəfindən təqdim olunan müxtəlif isti qış geyimləri paylanılıb.

«Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev tədbirdə çıxış edərək bu xeyirxah təşəbbüsə qoşulan idarə, müəssisə və təşkilat rəhbərlərinə, həmçinin fərdi sahibkarlara minnətdarlığını bildirib, xeyriyyə tədbirinin növbəti ildə də davam etdiriləcəyini vurğulayıb.foto-6 foto-13 foto-33 foto-42 foto-49 foto-72 foto-79 foto-90 foto-95 foto-114

1396 - Ümumi baxış sayı 3 - Gündəlik baxış sayı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.