q2

Azərbaycan Dövlət Pedaqoji Universitetində AzQAC-nin ADPU-nun bölməsinin Hesabat-Seçki Konfransı keçirildi

 

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən AQAC-ın ADPU bölməsində Nizamnaməyə uyğun olaraq, növbəti hesabat-seçki konkfransı keçirilmişdir. Konfransda AzQAC-ın nümayəndələri, ADPU-nun rəhbərliyi, müəllim və tələbə heyəti iştirak etmişdir.

Konfransı giriş sözü ilə açan AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə öz çıxışında konfrans iştirakçılarına Cəmiyyətin prezidenti, millət vəkili Novruz Aslanovun salamlarını çatdırmış və görülən işlər barədə ümumi məlumat vermişdir. Daha sonra isə ADPU-nun Tərbiyə işləri üzrə prorektoru Fikrət Rzayevə söz verilmişdir.O,çıxışında Milli Cəmiyyətin humanitar missiyasına uyğun olaraq əhalinin aztəminatlı və ehtiyaclı təbəqəsinə etdiyi yardımlardan söz açmışdır. Həmçinin öncəki sədrin fəaliyyətlərindən bəhs etmişdir. Jalə xanım Qədimovanın fəaliyyəti zamanı AzQAC-ın ADPU bölməsinin işinin necə inkişaf etdirdiyini və universitetdə təhsil alan tələbələrə örnək olduğundan danışmışdır.

Daha sonra bölmənin sədri ,professor Jalə Qədimovanın hesabatı dinlənilmişdir. Hesabat çıxışında göstərdiyi fəaliyyət dönəmində humanizm naminə gördüyü işlərdən fərəh və qürurla bəhs etmiş,müəyyən problemlərin olmasından və gələcək işlərdən söz açmışdır, yeni seçiləcək bölmə rəhbərliyinə,bundan sonra da əlindən gələn dəstəyi əsirgəməyəcəyini ifadə etmişdir.

Konfransda bölmə sədri vəzifəsinə dosent Ədilə Mahmudovanın namizədliyi irəli sürülmüşdür. Yekdilliklə, AzQAC-ın ADPU bölməsinə Ədilə Mahmudova sədr, Anar Xəlilzadə sədr müavini, Maliyyə Komissiyasına isə Gülşən Mehdizadə sədr seçilmişdir. Bundan başqa, İdarəetmə Şurasının 15 nəfər, Rəyasət Heyətinin isə 5 nəfər, eləcə də, Maliyyə Komissiyasının 3 nəfərdən ibarət tərkibi seçilmişdir.q1 q3

 

1412 - Ümumi baxış sayı 3 - Gündəlik baxış sayı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.