IMG_3757

Humanitar Fəaliyyətlərimiz davamlıdır

27 yanvar  2017-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Litva Respublikasının Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində Qazax rayonunun Daş Salahlı  kəndində  “Mina Risklərinin Azaldılması” strategiyasına aid ənənəvi layihəsi olan “Təhlükəsiz Oyun Meydançası” nın rəsmi açılış mərasimini gerçəkləşdirmişdir.

2005-ci ildən başlayaraq Azərbaycan Respublikasının qərb bölgəsində yerləşən rayonların, vaxtilə qızğın döyüş meydanı olmuş indi isə soydaşlarımızın məskunlaşdığı ərazilərində (kəndlərdə, icmalarda) uşaqları mövcud olan mina və müharibənin partlayıcı qalıqları (MPQ) ilə rastlaşma risklərindən qorumaq məqsədini daşıyan “Təhlükəsiz Oyun Meydançaları” layihəsi Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən həyata keçirilir. Layihənin Azərbaycanda önəmli humanitar addım kimi Milli Qızıl Aypara Cəmiyyəti tərəfindən həyata keçirilməsinin əsas təşəbbüskarı və dəstəkçisi Beynəlxalq Qızıl Xaç Komitəsi olmuşdur. Layihənin yaranması və həyata keçirilməsi üçün əsas səbəb Azərbaycanda minadan /MPQ dən ölən və yaralananların statistikasında uşaqların sayının həddən artıq çox olması olmuşdur. Belə ki, 2005-ci ildə ANAMAnın (Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentlik) rəsmi statistikasında minadan ölən və zərərçəkənlərin ümumi sayında ümumilikdə 59 nəfərdən 33 nəfəri uşaq kimi qeydə alınmışdır. Bu kimi dəhşətli göstəricilər Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsinə “Mina Risklərinin Azaldılması” strategiyası üzrə “Təhlükəsiz Oyun Meydançaları” layihəsinin həyata keçirilməsinə zəmin yaratmışdır. Layihənin həyata keçirilməsini ANAMA əhəmiyyətli hesab edərək daim Azərbaycan Qızıl Aypara Cəmiyyətinə bu sahədə öz dəstəyini vermişdir.

2005-2017-ci  illər ərzində ümumilikdə Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Göygöl, Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarından  62  kənddə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən “Təhlükəsiz Oyun Meydançası” layihəsi quraşdırılaraq uşaqların istifadəsinə verilmiş və bununla da uşaqların mina və MPQ ilə rastlaşma risklərinin qarşısı qismən də olsa alınmışdır. Qeyd etməliyik ki, bu illər ərzində quraşdırılmış bu 56 meydança Azərbaycan Qızıl Aypara Cəmiyyəti və müxtəlif tərəfdaşlarla həyata keçirilmişdir. Bu tərəfdaşlar Norveç Qızıl Xaç Cəmiyyəti, Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Olimpiya Komitəsi, “HOMS” təşkilatı (Heads Of Missions Spouses – Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun rəhbərlərinin xanımları təşkilatı), Trans Global Projects LTD, Almaniya Qızıl Xaç Cəmiyyəti olmuşdur.

Mina / MPQ problemlərinin bir çox cəbhəyanı kəndlərdə hələ də mövcudluğunu və uşaqlar üçün bu is

istiqamətdə hələdə risklərin olmasını nəzərə alaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti artıq eksperti olduğu “Mina Risklərinin Azaldılması” startegiyası çərçivəsində olan “Təhlükəsiz Oyun Meydançaları” layihəsini davam etdirməkdədir.  2016-cı  ilin oktyabr ayında Azərbaycan Qızıl Aypara Cəmiyyəti Litva Respublikasının Azərbaycandakı səfirliyi ilə birgə olaraq “Təhlükəsiz Oyun Meydançası” layihəsinin  tikintisini həyata kəçirmişdir.

Artıq 2017-ci ilin yanvar ayında 1 cəbhəyanı icmada tikilmiş “Təhlükəsiz Oyun Meydançası” layihəsi hazır olmuş və kənd uşaqlarının istifadəsinə verilməsi üçün rəsmi açılış mərasimini  qeyd etmişdir. Bu münasibətlə həyata keçirilən rəsmi açılış mərasimlərində  AzQAC-nin İcraçı Katibi Ceyhun Mirzəyev,  bu layihənin koordinatoru Məmməd Kətanov, Litva Respublikasının Azərbaycandakı səfiri Cənab Valdas Lastauskas,  rayon icra hakimiyyəti başçısının 1-ci müavini Gulaya Həsənova, RİHB aparatında ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyev  AzQAC-nin Gəncə Regional Mərkəzinin koordinatoru İsmayıl Əsədov, Miqrasiya şöbəsinin əməkdaşı Sona Hacıyeva, Qazax rayon bölməsinin sədri Qurban Qurbanlı.  kənd icma rəhbərləri, kənd məktəb direktoru, müəllim və şagird kollektivləri, kənd ziyalıları və ən əsas kənd uşaqları iştirak edirdilər. Açılış mərasimində uşaqlar öz sevinclərini açıq büruzə verərək onlar üçün inşa edilmiş bu gözəl meydançanın qurğularından istifadə etdilər . Bu simvolik açılış mərasimində çıxış edən rayon rəhbərliyindən olan rəsmilər və kənd icma üzvləri belə əhəmiyyətli layihə üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinə və bu layihədə ona dəstək vermiş Litva Respublikasının Azərbaycandakı səfirliyinə təşəkkür etdilər.

Çıxışlardan sonra Azərbaycan Qızıl Aypara Cəmiyyəti və kənd rəhbərliyi arasında “Təhlükəsiz Oyun Meydançasının”  kəndə təhvil verilməsi və Meydançanın  qapısında simvolik bağlanmış qirmızı lent kəsildi. Meydança rəsmən icma uşaqlarının istifadəsinə verildi.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti də öz növbəsində belə gözəl humanitar layihəyə dəstək olduqlarına görə  Litva Respublikasının Azərbaycandakı səfirliyinə  təşəkkür edir və bu əməkdaşlığın uğurlu və davamlı gələcəyinə ümid edir.IMG_3677 IMG_3699 IMG_3702 IMG_3719 IMG_3735 IMG_3751 IMG_3753 IMG_3763 IMG_6042IMG_6043

1513 - Ümumi baxış sayı 3 - Gündəlik baxış sayı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.