IMG_9050

AzQAC-n nümayyəndələri vərəmə həsr edilən konfransda iştirak etdilər

Aprel ayının 10-da TB-REP (Şərqi Avropa və Mərkəzi Asiya  Regionu üzrə Vərəm proqramı)  layihəsi çərçivəsində “Azərbaycanda pasiyent-yönümlü vərəmin müalicəsinə keçid nailiyyətlər və çətinliklər” adlı konfrans təşkil olunmuşdur. Bir sırayerli və  beynəlxalq təşkilatların dəstəyi ilə baş tutan konfransda dövlət  (Səhiyyə və, Ədliyyə Nazirlikləri) və Azərbaycanda Vərəmlə Mübarizə üzrə QHT Koalisiyasının üzvləri (Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu Koalisiyanın üzvüdür) olan təşkilatların nümayyəndələri iştirak etmişlər.

Konfransda vərəmlə bağlı stiqmanın necə aradan qaldırılması, TB-REP layihəsiçərçivəsində Azərbaycanda əhalinin maarifləndirilməsi məqsədilə vərəmlə bağlı keçirilən aksiya və hazırlanan videoçarx, “Azərbaycan Respublikasında Vərəm xəstəliyinə dair Bilik, Münasibər və Davranışın öyrənilməsi və səhiyy xidmətlərinin ambulator modelinə keçidi ilə bağlı maneə və ehtiyacların müəyyən edilməsinə dair Milli Sorğu Araşdırılması”nın nəticələri, vərəmlə bağlı olan real vəziyyət haqqında geniş məlumatlar təqdim olunmuşdur. Bununla yanaşı, dünyada vərəm xəstəliyi və onunla mübarizə proqramları barədə  Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayyəndəliyinin əməkdaşı çıxış etmişdir.

AzQAC tərəfindən “İcmaya əsaslanan sağlamlıq” proqramın kordinatoru Mətanət Qaraxanova, miqrasiya şöbəsinin əməkdaşı, azərbaycan dili müəllimi Sona Hacıyeva və Yasamal Rayon Bölməsinin sədri Şahin Hüseynov iştirak  etmişlər. Vərəm sahəsində böyük təcrübəyə malik olan Sona Hacıyeva vərəm sahəsində həyata keçirilən fəaliyyətlər haqqında çıxış etdi.P1090498

2306 - Ümumi baxış sayı 7 - Gündəlik baxış sayı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.