20170410_113222

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının nümayəndə heyətinin Bakıya səfəri

2017-ci il aprel ayının 10-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Qərargahında Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. Beynəlxalq Federasiyanın Avropa Regional Ofisinin Rəhbərinin müavini Elxan Rəhimov və Beynəlxalq Federasiyanın Avropa Regional Ofisinin Təbii Fəlakətlərə dair Nümayəndəsi Nebosja Medoşeviç ilk öncə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti cənab Novruz Aslanovla görüşüblər. Görüş zamanı qonaqları salamlayaraq N.Aslanov onların Beynəlxalq Federasiyanın adından səfər etməklərindən məmnun olduğunu bildirib. Belə bir səfər gələcək münasibətlərin yeni inkişaf mərhələsinə keçmək üçün və gücləndirməsinə doğru atılan bir addım olduğunu bildirib. Beynəlxalq Federasiya tərəfindən fövqəladə hallara hazırlıq kimi geniş anlayışa malik olan sahədə göstərilən kömək Qızıl Aypara Cəmiyyəti tərəfindən yüksək qiymətləndirlir.

Qeyd olunan istiqamətdə fikrini davam edərək N.Aslanov hər hansısa fövqəladə hal baş verdikdə Milli Cəmiyyətə missiyasına uyğun lazımı dəstəyin tez bir zamanda göstərilməsi üçün müvafiq addımların planlaşdırılmasının, həm cəmiyyətin və həmdə Beynəlxalq Federasiyanın rollarının müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. Beynəlxalq Federasiyanın rolunun möhkəmləndirilməsi təkçə Azərbaycan üçün, region üçün deyil qlobal bir şəkildə mühüm olaraq, təşkilatın pozitiv imicinin artması üçün vasitədir.

Beynəlxalq Federasiyanın Avropa Regional Ofisinin Rəhbərinin müavini Elxan Rəhimov və Beynəlxalq Federasiyanın Avropa Regional Ofisinin Təbii Fəlakətlərə dair Nümayəndəsi Nebosja Medoşeviç ilk öncə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentinə onları qəbul etdiyinə görə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, həqiqətən Azərbaycana və Qızıl Aypara Cəmiyyətinə olan bu səfər fövqəladə hallara hazırlıq sahəsində fikir mübadiləsi və əməkdaşlığın möhkəmləndirilməsi üçün gözəl fürsətdir. Ümumi region səviyyəsində Regional Fövqəladə Hallara Hazırlıq Komandalarının bərpa olunması və Davamlılıq Planlarının hazırlanması məsələlərinə xüsusi diqqət yetirilir. Cənab Nebosja Medoseviç qeyd edib ki, bu günlərdə Gürcüstanın Borjomi şəhərində Cənubi Qafqaz regioununa daxil olan ölkələrin Milli Cəmiyyətlərinin təqdimatlarına qulaq asaraq və artıq bir sıra donorların dəstəyi ilə həyata keçirilən layihələrlə tanış olaraq regionda mövzuya dair anlayışını genişləndirmək imkanına malik olub.  Azərbaycana artıq 2012-ci ildə səfər edən və Zaqatala rayonunda baş vermiş zəlzələdə Beynəlxalq Federasiya tərəfindən göstərilən dəstəyin qiymətləndirilməsində iştirak edən cənab Medoşeviç məhz, o vaxt da Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti ilə tanış olmuşdur. O ölkəyə yenidən səfər etdiyindən şad olduğunu və lazımı köməkliyin göstərilməsinə hazır olduğunu bildirmişdir.

Sonda N.Aslanov qonaqlara bu səfər görə təşəkkür etmiş və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.20170410_113122

1829 - Ümumi baxış sayı 3 - Gündəlik baxış sayı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.