foto (147)

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi və Sumqayıt Dövlət Universiteti birgə təşkilatçılığı ilə “Qan ver, yaşat” devizi altında qanvermə aksiyası keçirilmişdir

14 aprel 2017-cı il tarixində  Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə  “Qan ver yaşat!” devizi altında növbəti qanvermə aksiyası kecirildi. Ənənəvi aksiya talassemiya və hemofiliyadan əziyyət çəkən insanlara kömək  məqsədi ilə keçirilib.

Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova,bölmənin əməkdaşları,Sumqayıt Dövlət Universitetinin prorek-torları, fakultə dekanları həmçinin müəllim heyəti keçirilən qanvermə aksiyasında fəal şəkildə iştirak edərək universitetin tələbələrinə nümunə olublar.

Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları ilk olaraq donorların sağlamlıq vəziyyətini müayinə  ediblər. Qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstərilib və onların hər biri qeydiyyata alınıb. Sumqayıt Dövlət Universitetinin müəllim və tələbə heyəti, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin işçi heyəti, o cümlədən könüllüləri qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib aksiyada fəal iştirak ediblər.  500-dən çox müəllim,tələbə və könüllülərin qatıldığı aksiyada yığılan qan Səhiyyə Nazirliyinin Hematologiya və  Transfuziologiya İnstitutunun Qan Bankına təqdim olunacaq.

Qanvermə  aksiyası  zamanı  donorlar  üçün QAC Sumqayıt şəhər bölməsi tərəfindən hazırlanan çay və şirniyyat süfrəsi  təşkil  olunmuşdu. Bölmənin könüllüləri qan verən insanlara xidmət göstərərək onların qayğısına qalmışdılar.foto (10) foto (33) foto (40) foto (49) foto (73) foto (80) foto (87) foto (143)

503 - Ümumi baxış sayı 7 - Gündəlik baxış sayı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.