IMG-20170413-WA0013

Goranboy, Ağdam və Tərtər rayonlarının kənd icmaları arasında “İlk yardım” təlimləri davam olunur

2017-cı il aprel ayının 10 -dan 15-ə kimi Goranboy (Tap-Qaraqoyunlu), Ağdam (Miraşelli, Əhmədağalı, Çəmənli, Sarıcallı, Çıraqlı) və Tərtər (Qaradağlı, Qapanlı, Qəzyan) rayonlarının kəndlərində icma arasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maliyyə və texniki dəstəyi ilə “İlk yardım” təlimləri keçirildi. Təlimlər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Ağdam, Tərtər, Fizuli, Goranboy rayon bölmələrinin səkkiz İlk Yardım təlimçılərı və təlimçılərın köməkçiləri tərəfindən aparılmışdır. BQXK-nin Səhiyyə və İlk Yardım və Əməkdaşlıq məsələləri üzrə Nümayəndə heyyəti, AzQAC İcraçı Katibin müavini Səbinə Məhbubi-İran  və İlk Yardım üzrə aparıcı təlimatçı doktor Şahin Biləndərli təlimləri müşaidə edib öz tövsiyələrini vermişlər. Eyni zamanda BQXK-nin Nümayəndəliyinin əməkdaşları  tərəfindən iştirakçılara Təhlükəsiz Davranış adlı plakatı təqdim edilmiş və yazılanların əsasında müvafiq izahatlar verilmişdir.

Qeyd etmək lazımdır ki, təlimlərdən öncə aparılan hazırlıq işlərinin bir hissəsi kimi hər iki təşkilatın nümayəndələri tərəfindən icmalarla görüşlər, söhbətlər aparılmış, təşkil olunmuş fəaliyyətin məqsədi ətraflı izah edilmişdir.

Nəticədə ümumilikdə 9 kənddən 180 icma nümayəndəsi (12 nəfərdən ibarət 15 qrup) iki gün ərzində (hər gün dörd saat yarım müddətində) İlk Yardımçı kimi hadisə yerinin təhlükəsiz nöqteyi nəzərdən və zərərçəkmiş insanın yoxlanılması, qanaxmalar, yaralar, yanıqlar, sınıqlar, zəhərlənmələr, zərərçəkmiş insanın düzgün qaydada daşınması, təxliyə olunması və s. mövzular əsasında  təlimləndirilmişdir.

Təlimçılər çalışdılar ki, nümayişlərlə müşayiət olunmuş mövzularda bütün iştirakçılar mümkün qədər praktiki məşqələlərə qoşulub sarğı bağlamaq, mövcud olan materiallardan istifadə edərək ətrafları hərəkətsizləşdirmək və qanı dayandırmaq kimi qaydaları öyrənib tətbiq etsinlər. Eyni zamanda iştirakçılara izah olunmuşdur ki, İlk Yardımla yanaşı zərərçəkmiş insanın psixoloji durumunun sabitləşməsi, onu kömək qəbul edəcəyi vəziyyətə gətirilməsi, ona qarşı diqqətlə yanaşması, təhlükəsiz şəraitin yaradılması da çox vacibdir.

Təlimlərin sonunda iştirakçılara,  kənd bələdiyəsi, məktəb və baxça nümayəndələrinə BQXK-i tərəfindən hazırlanmış “İlk Yardım” çantaları təqdim olunmuşdur.IMG-20170413-WA0003(1) IMG-20170413-WA0004

1201 - Ümumi baxış sayı 3 - Gündəlik baxış sayı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.