20170420_103103

Silahlara Qarşı Mübarizə proqramı çərçivəsində Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən seminar təşkil olundu

2017-ci ilin aprel ayının 20- də   Azərbaycan Qızıl Aypara Cəmiyyəti  (AzQAC) Baş Gərargahında Cəmiyyətin katibliyinin əməkdaşları üçün  Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Silahlara Qarşı Mübarizə Proqramının mütəxəssisi tərəfindən seminar keçrildi. Mövzuya dair BQXK-sinin əməkdaşları tərəfindən Silahlara Qarşı Mübarizə Proqramının mütəxəssisi Leyla Susiç və proqram üzrə məsul şəxs Rövşən Hümbətov, BQXK-nin əməkdaşlıq üzrə nümayəndə heyyəti Regina Szüadzska, Rasim Əlləzov,  Lyudmila Şepelova müvafiq  dəstək göstərildi.

Seminarın məqsədi  AzQAC Baş Qərargahın əməkdaşlarını Silahlara Qarşı Mübarizə Proqramının mahiyyəti ilə tanış etmək və son vaxtlar  Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf  bölgələrində baş verən hadisələrlə və yaranmış gərginliklə bağlı problemləri nəzərə alaraq silahlı münaqişə zamanı cəmiyyətin əməkdaşları, könüllüləri tərəfindən və əhalinin  nə etməli olduğu haqqında məlumatlar  vermək idi.

Eyni zamanda fürsətdən istifadı edirək iştirakçılara Leyla Susiç tərəfindən  11-14 aprel 2017-ci il tarixlərində Goranboy rayonu Tapqaraqoyunlu kənd orta məktəbində müəllim və şagird kontingentinə təqdim etdiyi seminarlar haqqında məlumat verildi. Silahlara Qarşı Mübarizə Proqramının Koordinatoru Məmməd Kətanov əməkdaşlarla 11-14 aprel 2017-ci il tarixlərində keçrilmiş təlimdən təəssuratlarını bölüşdü və seminarların böyük əhəmiyyətini qeyd edərək  bu mühüm işin digər bölgələrdə keçiriləcəyinin vacib olduğunu bildirdi.

Iştirakçılar seminar boyu təqdimatçıya suallarla müraciət edərək  öz fikirlərini bildirdilər. Mövzulardakı məlumatlar günün tələbləri ilə uyğunluq təşkil edirdi və əməkdaşlar tərəfindən çox razılıqla  qarşılandı.

İcraçı Katibin müavini Səbinə Məhbubi İran Cəmiyyət rəhbərliyi adından bu məhsuldar iş üçün BQXK rəhbərliyinə,  əməkdaşlıq üzrə nümayəndə heyyəti, o cümlədən Leyla Susiçə təşəkkür etdi və gələcəkdə də bu işin davamlı olacağına ümid bəslədiyini bildirdi.20170413_120215 20170413_121232 20170413_121326 20170413_122722 20170420_100221 20170420_102220 20170420_102320 20170420_112911

850 - Ümumi baxış sayı 7 - Gündəlik baxış sayı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.