Shef

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti cənab Novruz Aslanov Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının nümayəndəsini qəbul edib

26 iyul 2017-ci il tarixində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXQACF və ya Beynəlxalq Federasiya) Cenevrə şəhərində yerləşən Baş Gərargahının Tərəfdaşlıq və Resursların İnkişafı departamentinin Milli Cəmiyyətlər və hökumətlər ilə əməkdaşlıq üzrə meneceri cənab Finn Jarle Rode Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) qonağı olub. Görüşün əsas məqsədi Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyi, Beynəlxalq Federasiya və Azərbaycan QAC arasında birgə mümkün fəaliyyət və əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək və müzakirə etmək olub.

İlk öncə AzQAC-ın Baş Qərargahı və muzeyi ilə tanış olan qonaq daha sonra Milli Cəmiyyətin prezidenti, millət vəkili cənab Novruz Aslanov ilə görüşüb. Görüş zamanı qonaq özünün Beynəlxalq Federasiyadakı 15 illik fəaliyyəti və bu fəalliyəti müddətində həyata keçirdiyi və iştirak etdiyi humanitar missiyaları barədə geniş məlumat verib. Öz növbəsində Novruz Aslanov Milli Cəmiyyətin son illərdəki fəaliyyəti, inkişafi, potensialı və AzQAC-ın regionda möhkəm və davamlı Milli Cəmiyyətə çevrilməsi barədə danışıb. Qonağın diqqətinə çatdırıb ki, 300 min üzvü və çoxsayda fəal könüllüsü olan AzQAC öz humanitar missiyasını layiqincə həyata keçirir. Bir zamanlar donarlardan asılı olan AzQAC hal-hazırda Beynəlxalq Federasiyanın müraciətlərinə qoşularaq donor Milli Cəmiyyətə çevrilib. Bundan başqa Novruz Aslanov AzQAC-ın hökumət ilə sıx əməkdaşlığını vurğulayaraq Azərbaycan hökumətinin Milli Cəmiyyətə göstərdiyi yardım və dəstəyi xüsusilə qeyd edib.

Novruz Aslanov və Finn Jarle Rode arasında baş tutan görüşdə AzQAC ilə Beynəlxalq Federasiya arasında uzun illərdən bəri mövcud olan əməkdaşlıq və tərəfdaşlıq münasibətləri, bu əməkdaşlıq çərçivəsində görülən işlər və gələcək tərəfdaşlıq perspektivləri müzakirə olunub. Müzakirələr zamanı təşkilatlar arasında mövcud olan əməkdaşlığın gələcəkdə genişlənməsi məsələsinə daha çox önəm verilib. Belə ki, hal-hazırda Azərbaycanın müharibə şəraitində olduğuna və ölkədə 1 milyon qaçqın və məcburi köçkünlərin yaşadığına toxunaraq, Novruz Aslanov Beynəlxalq Federasiyanın regiondakı durğunluğunun aradan qaldırmasının, onun region və ölkə üzrə nümayəndəliyinin açılmasının vacib olduğunu qeyd edib.

Qarşılıqlı müzakirələr şəklində davam edən görüş müsbət abu-hava ilə başa çatıb. Sonda Novruz Aslanov qonağa AzQAC adından hədiyyə təqdim edib. Qeyd edək ki, görüşdə Beynəlxalq Federasiyanın Avropa Ofisinin direktor müavini Elxan Rəhimov da iştirak edib.20170726_115419IMG_9794

3026 - Ümumi baxış sayı 3 - Gündəlik baxış sayı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.