P1090980

Vərəmli xəstələrin müalicəsində psixo-sosial dəstəyin rolu

Məlumdur ki, insanın həyat keyfiyyəti,  yaşaması  onun  bir çox ehtiyaclarının ödənilməsi ilə bağlıdır. İnsanın hörmət, qayğı və diqqətə ehtiyacı  belə vacib ehtiyaclardandır.  Nəzərə alsaq ki,  xəstəlik xüsusi davranışı olan həyat yaşamıdır və bu vəziyyətdə xəstənin həyat keyfiyyəti aşağı düşür, onun yaşamaq və sağalması üçün dərman, qida ilə yanaşı  hörmət, qayğı və diqqətə  olan ehtiyacı daha çox artır.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq və qayğı şöbəsinin  “İcmaya əsaslanan sağlamlıq” proqramı  çərçivəsində son illər ərzində ağır formalı vərəmli xəstələrə və onlara xidmət göstərən tibb işçilərinə psixo-sosial yönümlü  fəaliyyətlərin həyata keçirilməsində böyük  təcrübə qazanmışdır.  Buna görə AzQAC-in əməkdaşları bu sahədə ölkədə həyata keçirilən fəaliyyətlərə cəlb olunur, vərəmlə mübarizədə fəal iştirak edirlər.

Belə ki, 2017-ci ildə də keçirilən bu fəaliyyətlərə xəstələr və tibb işçiləri üçün maarifləndirici seminarların keçirilməsi, dəstəkverici görüşlərin təşkili, sorğuların aparılması aiddir. Görüşlər zamanı xəstələr öz həyatları,  baş verən hadisələri yada salır, xüsusilə də vərəm xəstəliyi ilə əlaqədar, ailə üzvlərinin dəstəyi və yaxud heç dəstəyin olmaması barədə məlumatlarla paylaşırlar.  Bütün bunların onların yaşamasına təsiri barədə isə xəstələr xüsusi qeyd edərək, sosial və psixoloji gərgin vəziyyətlərinin olmasını vurğulayırlar. Xəstələrlə keçirilən psixoloji yardım çərçivəsində onların bir çox məsələlərlə bağlı (yaşayış imkanları, dərmanların yanaşı mənfi təsirləri, müalicənin uzun müddətli olması)  ehtiyacların ödənilməməsi, bununla da həyat keyfiyyətinin aşağı olması müəyyən olunur.  Belə vəziyyətdə xəstələrə diqqət və qayğı göstərilməsi onların əhval-ruhiyyəsinə müsbət təsir göstərərək, müalicə olunmağa həvəsləndirir. Eyni zamanda ağır sahə sayılan, ölüm ayağında olan xəstələrə qulluq edən tibb işçilərin psixoloji durumları da qiymətləndirilir, lazımi tövsiyyələr verilir. Xəstələrin  və onlara xidmət göstərən tibb bacıların dediyinə görə, belə psixoloji dəstək çərçivəsində keçirilən görüşlər onların müalicəsini davam edilməsinə müsbət təsir göstərərək,  onu sona  çatdırılmasına kömək edir. Bununla yanaşı xəstələrin psixoloji durumunun dəyişməsi,  əhval-ruhiyyənin yaxşılaşması da müşahidə olunur.

Çox ağır, uzun müddətli gedişi olan vərəmin ağır formaları ilə -MDR-TB, XDR-TB xəstələri, mütəmadi psixo-sosial, humanitar dəstəyə ehtiyac duyurlar. Bununla bağlı, hər bir insan, (fərdi və ya təşkilatlar) xəstə və onların ailə üzvləri və xidmət (qulluq) edən tibb işçiləri üçün belə  dəstəyin təşkil olunmasında  mütəmadi şəkildə həyata keçirilməsində fəal olmalıdır.

1482 - Ümumi baxış sayı 3 - Gündəlik baxış sayı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.