RC_2

Macarıstanın paytaxtı Budapeşt şəhərində AzQAC və BQXQACF-nın rəsmiləri arasında görüş keçirildi

07-09  2017 ci il tarixlərində  Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan Qızl Aypara Cəmiyyətinin prezidenti,millət vəkili Dr.Novruz Aslanov rəsmi səfərdə oldu.  Görüşün məqsədi Federasiya ile Milli Cəmiyyətlər arasında olan münasibətlərin gələcəkdə inkişaf yolları barədə geniş müzakirə və məsləhətləşmələr oldu.Belə ki, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXQACF və ya Beynəlxalq Federasiya) Avropa Ofisinin direktoru cənab Simon Missiri  və Dr.Novruz Aslanov arasında görüş baş tutdu.Görüş zamanı AzQAC ilə Beynəlxalq Federasiya arasında uzun illərdən bəri mövcud olan əməkdaşlıq və tərəfdaşlıq münasibətləri, bu əməkdaşlıq çərçivəsində görülən işlər və gələcək tərəfdaşlıq perspektivlər müzakirə olundu.

Cənab  Simon  çıxışında əsas məqsəd Azərbaycanda fəaliyyət göstərən bütün Hərəkat nümayəndələrinin ölkədə həyata keçirdiyi humanitar missiya və fəaliyyətləri haqqında birgə işləri bir-biri ilə bölüşmək, birgə mümkün fəaliyyət və əməkdaşlığın istiqamətlərini aydınlaşdırmaq, gələcəkdə AzQAC-nın möhkəm və davamlı Milli Cəmiyyətə çevrilməsi işində müzakirələrin aparılması oldu.

Ümumiyyətlə görüşdə, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının  Avropa Ofisinin direktor müavini Elxan Rəhimov,Kommunikasiya sahəsində Nichola Jones, Miqrasiya sahəsində Christophe Lobry-Boulanger fövqəladə hallara hazırlıq sahəsində Ruben Romero və AzQAC tərəfindən İcraçı katibin müavini Şaban Şayev iştirak edirdilər.RC_5RC_4

1280 - Ümumi baxış sayı 3 - Gündəlik baxış sayı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.