20170908_141855

Uşaqlara bayram töhfəsi

15 sentyabr “Bilik günü”-dür. Bununla əlaqədar məktəblərdə dərslərin başlanması münasibətilə AzQAC-ın baş ofisində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı və “Borusan Makina ve Güc Sistemleri Sanaye” şirkətinin Azərbaycan nümayəndəliyinin dəstəyi ilə məcburi köçkün və miqrant ailələrindən olan 10 uşağa məktəb ləvazimatları ilə təchiz olunmuş bel çatnası paylanılıb.

Tədbiri giriş sözü ilə açan AzQAC-ın vitse prezidenti Qafar Əsgərzadə qonaqları Cəmiyyətin kollektivi, könüllüləri və çoxsaylı üzvləri adından salamlayaraq, AzQAC-ın prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanovun salamlarını və təşəkkürlərini tədbir iştirakçılarına çatdırdı.

Natiq çıxışında Cəmiyyət tərəfindən aparılan humanitar aksiyalardan söz açaraq bu təşkilatla əlaqələrin bundan sonra davam etdirilməsinə, həmçinin layihələrin həyata keçirilməsində onların dəstəyinə ümidvar olduğunu bildirdi.

Daha sonra  söz alan “Borusan Makina ve Güc Sistemleri Sanaye” şirkətinin nümayəndəsi Elvin Şahbazov  çıxışında təmsil etdiyi şirkətin rəhbəri İsmail Şahinin salamlarını və təşəkkürlərini tədbir iştirakçılarına çatdırdı. Elvin müəllim, həmçinin, qeyd etdi ki, AzQAC-ın humanitar tədbirlərində ehtiyaclı insanlara yardım göstərilməsi məqsədilə  həyata keçirəcəyi tədbirlərdə imkanımız daxilində daim yanında olmağa çalışacağıq.

Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olundu və xatirə şəkli çəkdirildi.20170908_141312 20170908_141705 20170908_141911 20170908_142011 20170908_142237

2427 - Ümumi baxış sayı 3 - Gündəlik baxış sayı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.