1212

AQAC-ın ADPU Bölməsinin tədbiri keçirilib

Sentyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) ADPU Bölməsinin təşkilatçılığı ilə AQAC-ın psixoloji dəstək üzrə mütəxəssisi İsmayıl Atayevin növbəti mühazirəsi keçirilib.

Tədbirdə Filologiya, Kimya və biologiya fakültəsinin tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan AQAC-ın ADPU Bölməsinin sədri, dosent Ədilə Mahmudova tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.

Qeyd edək ki, mühazirə   Şübhə mexanizmlərinin psixikaya təsiri” mövzusuna həsr edilib. Mühazirədə  uzun müddətli psixoloji şübhələrin insan psixikasında yaratdığı zədə və deformasiyaların təhlili və bunun psixoloji mexanizmlərinin ədəbiyyat nümunələri üzrə geniş təhlili verilib. Mühazirə tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Mühazirədə tələbə-gənclərin çoxsaylı sualları cavablandırılıb.4545 7878

1456 - Ümumi baxış sayı 11 - Gündəlik baxış sayı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.