21930938_10214104686389569_7653736_o

FAEEN-nin (Ilk Yardım üzrə Avropa Şəbəkəsi) növbəti görüşü Monteneqronun Sutomore şəhərində keçirildi

Bu ilin sentyabr ayının 20-dən 24-ə kimi Montenegronun Sutomore şəhərində FAEEN-nin (Ilk Yardım üzrə Təhsilin Avropa Şəbəkəsi) növbəti illik görüşü keçirildi. Görüşdə 70-dən artıq Avropa və Cənubi Amerikanı təmsil edən Milli Cəmiyyətlərdən, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və Beynəlxalq Qızıl Xaç Komitəsindən olan nümayəndə heyyəti iştirak edirdi. Görüşün mövzusu və növbəti il müddətində qarşıda qoyulan məqsəd hər bir ailə üzvünə İlk Yardım vərdişlərinin öyrədilməsidir.

Mövzuya dair müzakirələrin aparılmasından öncə tədbir iştirakçılarına keçən ildə olan görüşdən hesabatlar və il ərzində Milli Cəmiyyətlərin səviyyəsində İlk Yardım üzrə aparılan dəyişiklər, irəliyişlər, yeniliklər (yeni texnologiyalardan istifadə, üz bə üz və həmyaşıddan həmyaşıda İlk Yardımın öyrədilməsi, mühitin, şəraitin xüsusiliyinin nəzərə alınması, bir sıra hədəf qruplar üçün İlk Yardım programların hazırlanması) təqdim olunmuşdur.

Mövzuya gəldikdə müzakirələr zamanı bir sıra suallara cavablar gözlənilmişdir. Məsələn Milli Cəmiyyətlərə İlk Yardım üzrə standartlar lazımdırmı və onların olub olmaması vacibdirmi,  ölkə daxili strateji baxış sənədinin hazırlanmasına və İlk Yardım üzrə bilik səviyyəsinin yoxlanılmasına ehtiyac varmı? Bu və ya digər yeniliklərin aparılması üçün Milli Cəmiyyətlərin kifayyət qədər potensialı nə dərəcədə mövcuddur?

İşçi qruplarda müzakirələr nəticəsində aydın oldu ki, Milli Cəmiyyətlər təklif olunanlar ətrafında işini artıq qurub, genişlənməsi üçün ölkə daxili şərait, ehtiyaclar, imkanlar, dövlət strukturları ilə münasibətlər nəzərə alınmalı və daha çox irəliyişlər əldə etmək üçün Milli Cəmiyyətlər, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiya və Beynəlxalq Qızıl Xaç Komitəsi, tərəfdaşlar arasında əməkdaşlıq, dəstək gücləndirilməlidir.

Görüşün sonunda iştirakçılar tərəfindən FAEEN-nin İdarəetmə Komitəsi və Monteneqronun Qızıl Xaç Cəmiyyətinin rəhbərliyinə və idarə heyyətinə maraqlı görüşün təşkil olunmasına görə təşəkkür bildirilmişdir.

Xatırlatmaq istəyirik ki, 2002-ci ilin oktyabr ayında yaranmış FAEEN-nin (Ilk Yardım üzrə Təhsilin Avropa Şəbəkəsi) yaranmasının əsas məqsədi İlk Yardımın Avropa regionuna daxil olan Milli Cəmiyyətlərində inkişaf olunması, keyfiyyətli, mühitə uyğun tədris programların və pedaqoji üsulların təqdimatı və ən aparıcı təcrübələrinin bölüşməsindən ibarətdir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətini İcraçı Katibinin müavini Səbinə Məhbubi-İran təmsil etdi. FAEEN-in növbəti görüşünün keçirilməsi 2018-ci ilin sentyabr ayında Sloveniyada nəzərdə tutulur.20170921_142217_resized 21930938_10214104686389569_7653736_o 21985933_10214118158486363_608909642_o DSC_0089 DSC_0190 DSC_0195

2562 - Ümumi baxış sayı 7 - Gündəlik baxış sayı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.