DSC_0337

Sumqayıt şəhər İcra hakimiyyətinin 1 oktyabr ümumdünya Ahıllar günü münasibəti ilə Sumqayıt şəhərində bayram tədbiri keçirildi

Sumqayıt şəhər İcra hakimiyyətinin 1 oktyabr ümumdünya Ahıllar günü münasibəti ilə təşkil etdiyi bayram tədbirinə AzQAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan tənha,kimsəsiz ahıllar,”Agsaqqallar”,”Müharibə və əmək veteranları” şürasının üzvləri dəvət almışdılar.Tədbir ALL STAR restoranında baş tutduş Sumqayıt şəhər icra hakimiyyətinin müavini Teymur Səmədov şəhər icra hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun salamlarını və təbriklərini tədbir iştirakçılarına catdırdı.Şəhərimizdə gedən böyük quruculuq işləri ilə bərabər hər zaman şəhər ahıllarına da diqqət və qayğı göstərildiyindən danışdı. Söz alan AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova daima qeydiyyatlarında olan ahıl, yaşlı, diqqətə ehtiyaclı insanlara Sumqayıt şəhər İcra hakimiyyətinin qayğısından danışaraq,bu gözəl günün təşkilatçısı, Sumqayıt şəhər icra hakimiyyətinin başcısı cənab Zakir Fərəcova bölmə və yaşlı insanlar adından dərin təşəkkür və minnətdarlığını bildirdi. Yüksək səviyyədə təşkil olunmuş bayram süfrəsi arxasında ahıllar maraqlı və yaddaqalan bir gün keçirdilər.Söz alan ahıllar şəhər rəhbərliyinə diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.Sonda AzQAC şəhər bölməsi tərəfindən hazırlanmış ərzaq bağlamaları ahıllara təqdim olundu.Qeyd edək ki,ərzaq bağlamalarının hazırlanmasında Azərikimya İB-nin də qatqısı olmuşdur.Əməkdaşlıga görə Birliyin rəhbərliyinə təşəkkürümüzü bildiririk.DSC_0408 DSC_0425 DSC_0443 DSC_0451

2650 - Ümumi baxış sayı 3 - Gündəlik baxış sayı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.