IMG-20171010-WA0012 (1)

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsi gənclərlə görüş keçirdi

Aypara Cəmiyyətinin könüllü sıralarının artırılması məqsədi ilə Az.QAC Nizami rayon bölməsi Bakı şəhəri Nizami rayon Gənclər və İdman idarəsi ilə birgə rayon ərazisində yerləşən Kamil Əyyubov adına 12 saylı tam orta məktəbdə görüş keçirib. Görüşdə iştirak edən Nizami rayon bölməsinin sədri Rəna İbrahimova çıxış edərək ilk növbədə gəncləri yeni dərs ili münasibəti ilə təbrik edib, dərslərində müvəffəqiyyətlər arzulayıb.Onlara Beynəlxalq Qızıl Xaç Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranma tarixi, fundamental prinsipləri, həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib.Aypara Cəmiyyətinin keçirdiyi tədbirlərdə sıralarında olan könüllülərin yaxından fəal iştirak etdiklərini bildirib.Yeni gənc nəslin də Aypara Cəmiyyətinə könüllü yazılaraq onlarla birgə çalışmalarını arzulayıb. Nizami rayon Gənclər İdman İdarəsinin nümayəndəsi Elşən müəllim də çıxış edərək yeni həyata qədəm qoyan gənclərin cəmiyyətlərlə sıx ünsiyyətdə olub könüllü olaraq onların keçirdikləri tədbirlərin təşkil edilməsində ,həyata keçirilməsində yaxından iştirak etmələrini məqsədəuyğun sayıb.Sonda məktəbin direktoru Əli Alıyev çıxış edərək illər boyu Az.QAC Nizami rayon bölməsi ilə əməkdaşlıq etdiklərini bildirib.Daima Cəmiyyətin məktəblərində müxtəlif mövzularda keçirdikləri, o cümlədən “İnsan alverinə qarşı mmübarizə”, “Sağlamlıq layihəsi üzrə ilk yardım”,”HIV AIDS”, “Vərəmlə mübarizə”,və s.maarifləndirmə seminarlarının gənc nəslin təlim-tərbiyyəsində böyük rol oynadığını vurğulayıb. Tənha ahıl insanlara yardımlar edərkən məktəbin könüllülərinin cəlb edərək tədbirdə yaxından iştirak etmələri yaşlı nəslə hörmət və qayğı göstərməyin onlara öyrədir. Bir sözlə gənc nəslin Aypara Cəmiyyətinə könüllü cəlb olunmasını onlara tövsiyyə edib.Sağlam gənc nəslin yetişməsi üçün bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsini arzulayaraq görüşə gələn nümayəndələrə -Rəna xanıma və Gİİ nümayəndələrinə 12saylı məktəbin kollektivi adından təşəkkürünü bildirib.Aypara Cəmiyyəti haqqındda eşitdikləri məlumatlar gənc nəslin böyük marağına səbəb olub və onlar Nizami rayon bölməsinin könüllülər sırasına üzv yazılıblar.IMG-20171010-WA0003 IMG-20171010-WA0004 IMG-20171010-WA0005 IMG-20171010-WA0011

 

 

 

1222 - Ümumi baxış sayı 3 - Gündəlik baxış sayı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.