IMG_0705

BEYNƏLXALQ QIZIL XAC VƏ QIZIL AYPARA CƏMIYYƏTLƏRI FEDERASIYASININ XXI BAŞ ASSEMBLEYASI

6 noyabr 2017-ci il tarixində Türkiyənin Antalya şəhərində Beynəlxalq Federasiyanın XXI Baş Assambleyası öz fəaliyyətinə basladı. Beynəlxalq Federasiyaya üzv olan 190 Milli QXQA Cəmiyytələrinin iştirak etdiyi Baş Assembleyada Beynəlxalq Federasiyanın yeni Prezidenti, vitse-prezidentləri və Idarətemə Şurasının üzvlərinin seçkiləri keçirildi. Qeyd edək ki, Beynəlxalq Federasiyanın Prezidentliyinə Italiya QXC, Norvec QXC, Isveç QXC və Iordaniya QAC-nın prezidentləri öz namizədliklərini irəli sürmüşdülər. 178 Milli QXQA Cəmiyyətlərinin iştirak etdiyi səsvərmə nəticəsində 98 səs çoxluğu ilə Beynəlxalq Federasiyanın yeni Prezidenti Italiya QXC-nin Prezidenti cənab Francesko Rokka seçildi. Vitse-prezident vəzifələrinə isə Avropa regionundan Turkiyə QAC-nin Prezidenti Dr Kerem Kinik, Amerika regionundan Venezuela QXC-nin Vitse-Prezidenti, Miguel Angel Villarroel, Asiya regionundan Çin QXC-nin Prezidenti Chen Zhu və Afrika regionundan  Seneqal QXC-nin Prezidenti Abdoul Azize Diallo seçildiler.

Beynəlxalq Federasiyanın Idarəetmə Şurasının yeni üzvləri isə Liviya QAC, Nigeriya QXC, Efiopiya QXC, Zimbave QXC, Kongo QXC, Ispaniya QXC, Danimarka QXC, Böyük Britaniya QXC, Xorvatiya QXC, Gürcüstan QXC, Fiji QXC, Banqladeş QAC, Iran QAC, Koreya Respublikasinın QXC, Argentina QXC, Haiti QXC, Honduras QXC, Kanada QXC, Antigua ve Barbuda QXC və Fələstin QAC seçildi.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti Novruz Aslanov və Milli Cəmiyyətin Icraçı Katibi Ceyhun Mirzəyev, Idarəetmə Şurasının üzvü Bəylər Talıbov və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Nailə Ömərovadan ibarət olan nümayəndə heyəti yeni seçilmiş Prezidenti, vitse-prezidentləri və Idarəetmə Şurasının üzvlərini təbrik etdilər və onlara bu şərəfli humanitar missiyalarında uğurlar arzuladılar.

6 noyabr 2017-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti Novruz Aslanov bir sıra Milli QXQA Cəmiyyətlərinin Prezidentləri ilə görüşlər keçirib müzakirələr apardı.

Azərbaycan QAC-nin nümayəndə heyəti Türkiyə Qızıl Ay Cəmiyyətinin dəvəti ilə Türkiyə QAC tərəfindən təşkil olunan Qala Yeməyində də iştirak etmişlər.

Qeyd edək ki, Beynəlxalq Federasiyanin XXI Baş Assambleyası 3 gün davam edecəkdir.IMG_0606 IMG_0625 IMG_0632 IMG_0650 IMG_0658 IMG_0675 IMG_0679 IMG_0687 IMG_0653 IMG_0714

701 - Ümumi baxış sayı 3 - Gündəlik baxış sayı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.