IMG_0703

BEYNƏLXALQ FEDERASİYANIN XXI BAŞ ASSAMBLEYASININ PLENAR İCLASLARI

7 noyabr 2017-ci il tarixində Beynəlxalq Federasiyanın XXI Baş Assambleyası özünün plenar iclaslarına başladı. Öncə BQXQACF-nın Icraçı Katibi cənab Elhadj As Sy 2 illik fəaliyyət hesabatını Milli QXQA Cəmiyyətlərinin nümayəndələri ilə bölüsdü. O, 4 strateji istiqamət və 8 sahə üzrə 2015-2017 illər ərzində həyata keçirilən fəaliyyətlər, görülən işlər, qazanılan nailiyyətlər və əldə olunan nəticələr barədə geniş məlumat verdi. Azərbaycan QAC-in prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov çıxış edərək bildirdi ki, Beynəlxalq Federasiyanın Icraçı Katibinin fəaliyyət müddətini Federasiyanın Katibliyinin inkişafı və gücləndirməsinə yönələn strateji əhəmiyyətli planların və təşəbbüslərin formulasiyası dövrü kimi xarakterizə etmək olar. Son illər Beynəlxalq Federasiyanın regional ofisləri ilə Milli Cəmiyyətlər arasinda münasibətlərin gücləndirildiyini qeyd edən Novruz Aslanov Federasiyanin Cənubi Qafqaz regionu üzrə yeni ofisinin açılması qərarının verilməsindən xüsusilə məmnun olduğunu vurğuladı. Belə ki, Azərbaycan QAC  bu barədə Beynəlxalq Federasiyanın nümayəndənləri ilə bir neçə müddətdir ki, qarşılıqlı müzakirələr aparmışdır. Novruz Aslanov öz çıxışında eyni zamanda qeyd etdi ki, humanitar böhranların artdığı bir zamanda ehtiyaclı insanlara göstərilən humanitar yardımların effektiv olmasi üçün Hərəkatın bütün kamponentləri birgə çalışmalı, koordinasiya gücləndirilməli, gənclər və könüllülərin cəlb olunması aktivləşdirilməli və praktiki baxımdan effektiv layihələr həyata keçirilməlidir.

 

Baş Assambleyanın XXI sessiyasında eyni zamanda Beynəlxalq Federasiyanın Gənclər Siyasəti təqdim olundu. Öncə BQXQACF Gənclər Komissiyasinın sədri Bas van Rossum Gənclər Siyasətinin mahiyyəti və əhəmiyyəti barədə məlumat vərərək, Milli Cəmiyyətləri yeni siyasəti dəstəkləməyə çağırdı. Azərbaycan QAC-nin gənc nümayəndəsi Nailə Ömərova çıxış edərək, öncə Milli Cəmiyyətlərin gənclərinə belə böyük və əhəmiyyətli bir arenada çıxış etmək imkanı verdiklərinə görə Beynəlxalq Federasiyaya öz təşəkkürünü bildirdi. O, qeyd etdi ki, Azərbaycan Milli Cəmiyyətində gənclər həmişə diqqət mərkəzində olmuş və rəhbərlik tərəfindən daim dəstək və inamla qarşılanmışlar. 2004-cü ildən fəaliyyətdə olan AzQAC Gənclər Komitəsinin üzvü olaraq, həm də Beynəlxalq Əlaqələr şöbəsinin müdiri təyin olunmaq Milli Cəmiyyətin rəhbərliyi tərəfindən verilən inam və dəstəyin göstəricisidir. AzQAC-in Beynəlxalq Federasiyanın Gənclər Siyasətini dəstəklədiyini vurğulayan Nailə Ömərova bu siyasət gənclərin Beynəlxalq Hərəkatımızda daha uğurlu və inamlı fəaliyyətinə yardım edəcəyinə inandığını bildirdi.

 

Plenar iclasdan sonra Milli Cəmiyyətlərin nümayəndələrinin iştirakı ilə “Beynəlxalq Federasiyanın 2030 Strategiyası – Gələcəyi qurmaq” mövzusunda seminar keçirilmişdir. Seminarda AzQAC tərəfindən Milli Cəmiyyətin İcraçı Katibi Ceyhun Mirzeyev və Beynelxalq Əlaqələr şöbəsinin müdiri Nailə Ömərova iştirak etmişlər.

 

7 noyabr tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti Novruz Aslanov eyni zamanda İsrael Magen David Adom Milli Cəmiyyətinin rəhbərliyi ilə görüş keçirmişdir. Görüs zamanı Milli Cəmiyyətlər arasında mövcud olan qarsılıqlı əməkdaşlıq və tərəfdaşlıq imkanlarının genişləndirilməsinin və Milli Cəmiyyətlər arasında imzalanan  Anlaşma Memorandumunun gücləndirilməsinin vacibliyi müzakirə edilmişdir.IMG_0701 IMG_0724 IMG_0717 IMG_0719

1000 - Ümumi baxış sayı 5 - Gündəlik baxış sayı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.