2

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nümayəndə heyətinin İran Qızıl Aypara Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyi ilə işgüzar görüşü

8 Noyabr 2017-ci ildə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nümayəndə heyəti (Elşən Səlimzadə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidentinin Müşaviri, Xalidə İsgəndərova İcraçı Katibin Müavini-Gənclər və Könüllülər şöbəsinin müdiri, Səbinə Məhbubi-İran İcraçı Katibin Müavini-Sağlamlıq və Qayğı şöbəsinin müdiri, Türkanə Atakişiyeva Gənclər Komitəsinin sədri) İran Qızıl Aypara Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri-İran Qızıl Aypara Cəmiyyətinin Bakıda yerləşən Klinikasının Başçısı Dr. Seyid Bəhmən Sobhani və klinikanın həkim heyəti ilə işgüzar görüş keçirilmişdir. Görüşün əsas məqsədi 1 dekabr Ümumdünya QİÇS-lə mübarizə Günü və 5 dekabr Beynəlxalq Könüllülər Günü ilə bağlı planlaşdırılacaq tədbirlərin müzakirəsi idi. İlk öncə doktor Sobhani Nümayəndəliyin adından gələn qonaqları salamlamış və belə bir görüşlərin mütəmadi olaraq keçirilməsinin önəmli olmasını bildirmişdir. Söhbət əsnasında bir sıra təkliflər irəli sürülmüş və ilkin mərhələdə belə qərara alınmışdır ki, Təhlükəsiz və Möhkəm İcmaların Qurulması Layihəsinin (TMİQ) çərçivəsində əhatə olunan İsmayıllı rayonunun kəndlərinin birində yaşayan əhali arasında tibbi maarifləndirmə işi və müayinə aparılsın. Eyni zamanda təşkilatlararası olan əməkdaşlıq çərçivəsində könüllü qanvermə aksiyasnın həyata keçirilməsi planlaşdırılır və bu tədbirində Beynəlxalq Könüllülər Gününə həsr olunması nəzərdə tutulur.

İran Qızıl Aypara Cəmiyyətinin Bakıda yerləşən Klinikası 2003-cü ildən fəaliyyət göstərir və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə six əməkdaşlıq edir. Bu  vaxta gədər bir sıra maraqlı birgə tədbirlər təşkil olunmuşdur.

Adı çəkilən Təhlükəsiz və Möhkəm İcmaların Qurulması Layihəsi 2012-ci ildən Avstriya Qızıl Xaç Cəmiyyəti və Avstriya İnkişaf Agentliynin maliyyə və texniki dəstəyi ilə Azərbaycan Respublikasının İsmayıllı və Qusar rayonlrında icmalar arasında həyata keçirilir.

Görüşün sonunda cənab Elşən Səlimzadə Azərbaycan Qızıl Aypara Cəmiyyəti adından Dr. Sobhaniyə və onun həkim heyətinə təşəkkürünü bildirmiş və belə bir görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd edərək, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və İran Qızıl Aypara Cəmiyyəti arasında qurulmuş əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə xidmət etməsini vurğulamışdır.3 5

2110 - Ümumi baxış sayı 57 - Gündəlik baxış sayı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.