ESS_3354

1 dekabr “Ümumdünya QİÇS-lə mübarizə günü” dür

1 dekabr 2017-ci il tarixində Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi və Sumqayıt Dövlət Universitetinin birgə təşəbbüsü ilə Sumqayıt Dövlət Universitetində “Ümumdünya QİÇS-lə mübarizə günü” münasibətilə “Təcridolunma,stiqma və İİB-nın ötürülməsinə son qoyaq” devizli tədbir kecirildi. Tədbiri giriş sözü ilə SDU-nun humanitar məsələlər üzrə prorektoru Hüseynov Ramiz Ağəli oğlu tədbir iştirakçılarını salamlayaraq, “Ümumdünya QİÇS-lə mübarizə günü”nün qeyd edilməsi və təbliğatının əhəmiyyəti barədə söz açmışdı.Tədbirin keçirilməsində məqsəd QİÇS-in yaranmasından, yayılma səbəbləri və ondan qorunmaq üçün müalicə profilaktika üsullarından xəbər vermək, cəmiyyətin bu virus daşıyıcılarına olan mənfi rəyinin dəyişməsinə təkan vermək idi.Daha sonra Kimya Biologiya fakültəsinin dosenti Həsənov Xanəhməd müəllim və QİÇS-lə mübarizə mərkəzinin həkimi Quliyeva İlhamə tələbələrə İİV/QİÇS-lə bağlı dünya üzrə, eləcə də Azərbaycanda olan statistik göstəriciləri, müalicə və profilaktik tədbirlərin həyata keçirilməsi barədə geniş məlumatlar verdi.Hazırlanmış slaydla çıxış edən dosent tələbələri maraqlandıran sualları cavablandırmışdı. Seminarda həmçinin QİÇS daşıyıcısı olan xəstələrə qarşı ayrıseçkiliyin, mənfi yanaşmanın doğru olmadığı əsaslandırılaraq xüsusi vurğulandı.  AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova deyilənlərə əlavə olaraq, hər bir kəsin sağlamlığının öz əlində olduğunu vurğulamış və tədbir iştirakcılarını QİCS-lə Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən aparılacaq test analizə dəvət etmişdi.Sonda AzQAC Sumqayıt şəhər bölməsinin könüllülərindən və SDU-nun müəllim və tələbə heyətindən yoxlanış məqsədi ilə qan analizi alındı.ESS_3376 ESS_3456 ESS_3465 ESS_3468 foto (126) foto (130)

126 - Ümumi baxış sayı 3 - Gündəlik baxış sayı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.