DSC_5675

5 dekabr Beynəlxalq Könüllülər Günüdür

1985-ci ildə iqtisadi və sosial inkişaf naminə hər il 5 dekabr BMT-nin Baş Məclisi tərəfindən Beynəlxalq Könüllülər Günü kimi qeyd edilməsi təklif olunub və həmin tarixdən bu gün qeyd olunur.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2016-2020-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliliyinin artırılmasından ibarətdir.

Belə ki, 3 dekabr 2017 –ci il tarixində Könüllülər günü  ilə əlaqədar İsmayıllı rayonunun Zərnava kəndinin  əhalisi üçün  təmənnasız  tibbi müayinə  tədbiri təşkil olunmuşdur.  Tədbir  Qızıl Aypara Cəmiyyətinin, Gənclər Komitəsi, Gənclər və Könüllülər, Fövqəladə Hallara  Hazırlıq və Cavabvermə, Sağlamlıq və qayğı şöbələri,Sumqayıt RM , İsmayıllı  rayon  bölməsinin  təşəbbüsü  və  Ismayıllı rayon xəstəxanası,  İran İslam  Respublikasının Qızıl Aypara Cəmiyyətinin Azərbaycanda fəaliyyət göstərən  Klinikasının əməkdaşlığı ilə kecirilmişdir.  Qeyd etmək lazimdir ki, Avstriya  Qızıl Xaç Cəmiyyəti və Avstriya İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi  bu tədbirin keçirilməsini dəstəkləmişdir

Ilk öncə  Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti  Qafar Əsgərzadə cıxış edərək  əhaliyə bu gün  haqqında  məlumat verilmiş, sonra isə   İran İslam  Respublikası  Qızıl Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı  Klinikasının  12  nəfərdən ibarət həkim heyəti ilə  əhalinin tibbi müaniyəsinə start verilmiş və 250 nəfər tibbi müaniyədən keçmişdir.

Tədbir  KİV-ri tərəfindən geniş işıqlandırılmışdır.

Sonda Qızıl Aypara Cəmiyyəti tədbirin keçirilməsində köməkliyə və göstərilən dəstəyə görə  İsmayıllı rayon icra hakimiyyətinin rəhbərliyinə, əməkdaşlarına,  Zərnava kəndinin orta məktəbinin direktoruna, müəllim heyətinə və  İran İslam  Respublikası  Qızıl Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı  Klinikasının  baş həkiminə, həkim heyətinə  və tədbirdə əməyi keçən bütün şəxslərə öz təşəkkürünü bildirir.

Tədbirlərimiz davam edir.DSC_5530 DSC_5563 DSC_5569 DSC_5570 DSC_5605 DSC_5611 DSC_5627 IMG-20171204-WA0030

1270 - Ümumi baxış sayı 102 - Gündəlik baxış sayı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.