DSCN0278

AzQAC-ın Nizamnaməsi üzrə Komissiyanın növbəti iclası keçirilmişdir

04-05 Dekabr 2017-ci il tarixlərində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş gərargahında AzQAC-ın Nizamnaməsi üzrə Komissiyanın növbəti iclası keçirilmişdir. İclasda Nizamnamənin Komissiya üzvləri, Cəmiyyətin rəhbər işçiləri, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə Komissiyasının üzvü xanım Dirina Karahasanovic və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin əməkdaşları Aziz Syed və Rasim Allazov iştirak etmişlər. İclasın açılış nitqində cəmiyyətin vitse-prezidenti Nizamnamə üzrə komissiyanın sədri Qafar Əsgərzadə Cəmiyyətin prezidenti tərəfindən 2014-cü il 12 mart tarixində “AzQAC-ın nizamnaməsində yeniliklər və əlavə dəyişikliklər edilməsi haqqında” əmr imzaladığını  və 2014-cü ildən etibarən 11-ci iclasın keçirildiyini qeyd etmişdir. Iki gün baş tutan iclas zamanı nizanamənin bütün maddələri dəqiqliklə və diqqətlə ilə müzakirə olunmuşdur. Müzakirə zamanı iclasın bütün iştirakçıları fəalllıq göstərmişlər. Fikir mübadiləsi zamanı iclasın fəxri qonaqları olan xanım Dirina və cənab Aziz də həmçinin, öz dəyərli təcrübə və məsləhətlərini bölüşmüşlər. Hər maddənin müzakirəsi zamanı iştirakçılar tərəfindən təklif olunan əlavə və dəyişikliklər nəzərədən keçirilmişdir. İclasın sonunda Qafar Əsgərzadə, hər kəsə öz təşəkkürlərini bildirmiş və iclasın səmərəli, məhsuldar olduğunu bildirmişdir.IMG_1187DSCN0282
DSCN0285

880 - Ümumi baxış sayı 108 - Gündəlik baxış sayı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.