IMG_0396

Miqrantlara AİDS bağlı maarifləndirici seminar keçirildi

İl boyunca Bakıda məskunlaşan müxtəlif ölkələrdən olan miqrantlarla AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində mütəmadi olaraq  səhiyyə maarifi yönümlü görüşlər, seminarlar həyata keçirlir.   Onlardan sağlam həyat tərzi, ilk yardım, psixoloji yardım, yoluxucu xəstəliklər, ana südü ilə qidalanma və s.  mövzulara dair seminarların keçirilməsini qeyd etmək olar.

Belə ki, bu ilin dekabr ayının 6-da  miqrantlara “1 Dekabr Ümumdünya AİDS-lə Mübarizə Günü”  ilə əlaqədar  AzQAC-ın “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova tərəfindən növbəti seminar keçirildi.

Seminar iştirakçılarına İİV-n  dünyada və Azərbaycanda yayılması,  yoluxma yolları, mübarizə və profilaktik tədbirlərin, müalicə proqramlarının həyata keçirilməsinə dair geniş məlumatlar çatdırıldı, onları maraqlandıran sualları cavablandırdı.  Sonda iştirakçılar bu mövzu ilə bağlı onların  öncə bilmədikləri və yeni məlumatların əldə etdikləri  barədə fikirləri söyləyib, seminarın təşkili üçün AzQAC-nə təşəkkürlərini bildirdilər.  Seminarda AzQAC miqrasiya şöbəsinin azərbaycan dili kursların müəllimi Sona Hcıyeva və Əfqan icmasının lideri Mehriban xanım (seminarda təqdim edilən məlumatları tərcümə edən şəxs)  iştirak etmişlər.IMG_0410

308 - Ümumi baxış sayı 3 - Gündəlik baxış sayı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.