412138792

Azərbaycan dili kursları miqrantların cəmiyyətə fəal inteqrasiyasında AzQAC-ın humanist missiyasının bariz nümunəsidir

Miqrasiya sosial-iqtisadi həyatın bir çox tərəflərinə toxunan mürəkkəb ictimai prosesdir və ümumən, müsbət xarakter daşıyır. Artıq 2000-ci ildən Azərbaycana da miqrant axını başlayıb.

Respublikamızda gedən ictimai – iqtisadi inkişaf miqrasiya sahəsində də öz artan xətti üzrə inkişafdadır. Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) daimi olaraq miqrantlarla  iş aparır və onlara mütəmadi olaraq müvafiq humanitar yardımlar edir, onların cəmiyyətə fəal inteqrasiyasında da ciddi iş aparır.

2011-ci ildə İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının 31-ci Beynəlxalq Konfransında imzalanmış (Azərbaycan Dövləti adından AzQAC) 3 saylı qətnamədən irəli gələn vəzifələrdən biri olaraq sosial inteqrasiyaya dəstək kimi, Cəmiyyətin prezidenti , Millət vəkili Novruz Aslanovun təşəbbüsü ilə artıq 5-ci ildir ki, əcnəbi miqrantlara BMT QAK-ın Qaçqın Qadın və Gənclər Mərkəzində (QQGM) təmənnasız Azərbaycan dili kursunu təşkil etmişdir. Kurs daimidir və il ərzində müraciətlər qəbul olunur. Kursa bu il də 34 miqranta müntəzəm davamiyyət və yaxşı göstəriciyə görə 9 aylıq kursun şəhadətnaməsi verilmişdir. Hazırda Miqrasiya şöbəsinin təhsil üzrə əməkdaşı Sona Hacıyeva tərəfindən bu kurs öz işini çox yüksək səviyyədə davam etdirir .

Dərslərdə müəllimə Sona Hacıyeva müdavimlərə ana dilimizi ilə öyrətməklə yanaşı, Azərbaycanın ədəbiyyatı, tarixi, coğrafiyası, mətbəxi və AzQAC-ın ölkədəki yeri və fəaliyyəti haqqında da məlumat verir. Miqrantlar mütəmadi olaraq bayramlar və tarixi günlər ərəfəsində muzeylərə, teatrlara, şəhidlər xiyabanına, Ombudsman aparatı nəzdindəki Uşaq və Gənclər mərkəzinə, Yeni il, Novruz bayramı, Uşaqların Müdafiəsi günü tədbirlərinə dəvət edilirlər.

Fəal şagirdlərə müəllimə tərəfindən kiçik həvəsləndirici hədiyyələr verilir. Təkcə Azərbaycan dili dərsləri ilə kifayətlənməyən müəllimə il ərzində onlara həm özü, həm də fərdi ianəçilər tərəfindən ərzaq yardımlarının, lazımı geyim və ev əşyalarının, qurban ətinin paylanmasını təşkil edir. Ən çox ehtiyacı olanlar AzQAC-ın humanitar  yardımları ilə təmin olunurlar.

Dərsdə iştirak edən uşaqların ad günləri qeyd edlir, xəstə və yaşlı müdavimlərin evlərinə baş çəkilir.  Xəstə, imkansız miqrantlara İran Aypara klinikasına pulsuz müayinə kartları verilir.

Miqrantlar əhatə olunduqları qayğı və yüksək diqqətə görə  AzQAC-ın prezidenti Novruz Aslanov başda olmaqla cəmiyyət üzvlərinə, Miqrasiya şöbəsinin əməkdaşlarına  təşəkkürlər edir, bu qayğıdan məmnun qaldıqlarını ifadə edirlər.412137403412137788IMG-20171227-WA0004 IMG-20171227-WA0007 IMG-20171227-WA0009412138942

3001 - Ümumi baxış sayı 3 - Gündəlik baxış sayı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.