foto (1)

Qızıl Aypara Cəmiyyətinin prezidenti,millət vəkili Novruz Aslanov “könüllü necə olmalıdır?” mövzusunda gənclərlə ətraflı söhbət apardı

06.01.2018-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Fövqəladə Mobil Könüllü dəstə üzvlərinin (FMKD) görüşü keçirilmişdir.

Bu görüş Azərbaycan Qızıl Aypara Cəmiyyətin Baş ofisində baş tutmuşdu. Görüşü giriş sözü ilə BQXK-nin Bakı nümayəndəliyinin əməkdaşı Rasim Allazov açaraq görüşün məqsədi barəsində məlumat vermişdir.

Sonra Azərbaycan  Qızıl Aypara cəmiyyətinin prezidenti,millət vəkili Novruz Aslanov  könülləri salamlayaraq “Yeni il” bayramı münasibəti ilə təbrik etmiş, Fövqəladə Mobil Könüllü dəstənin yaranmasının məqsədi, AzQAC üçün vacibliyi və ümumiyyətlə “könüllü necə olmalıdır?” mövzusunda gənclərlə ətraflı söhbətlər aparmışdır. Görüş zamanı könüllülər tərəfindən Novruz Aslanova maraqlı suallar verilmiş və ətraflı fikir mübadiləsi aparılmışdır.

Görüşün yekununda cəmiyyətin icraçı katibi Ceyhun Mirzəyev könüllüləri bir-biriləri ilə münasibətlərin daha da möhkəmləndirilməsinə, bilik və bacarıq mübadiləsinə  və fəallıqlarını nümayiş etmələrinə çağırmışdır.

 

2105 - Ümumi baxış sayı 130 - Gündəlik baxış sayı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.