P1100514

AzQAC əməkdaşlarına “Dünyada Vərəm problemi” adlı seminar keçirildi

İl ərzində “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində  AzQAC-in əməkdaşların bilik və bacarıqlarının təkmilləşdirirlməsi məqsədilə mütəmadi  seminarlar təşkil edilir.  Vərəmlə mübarizə sahəsi Beynəlxalq Qızıl Xaç Qızıl Aypara Cəmiyyətləri Federasiyanın prioritet sahəsi olduğundan yeni ildə növbəti  seminar  yanvar ayının 23-də vərəm xəstəliyinə həsr edilmişdir.  Seminar iştirakçılarına  “İcmaya əsaslanan sağlamlıq” proqramın kordinatoru Mətanət Qaraxanova dünyada və Azərbaycanda vərəm probleminə dair son məlumatları prezentasiya şəklində təqdim etdi. Təqdimatda ÜST vərəmlə bağlı statistik məlumatlar, xəstəliyə dair faktlar, ölkələrdə tibbi – sosial xidmətlərin təşkili  və s. kimi məlumatlara yer ayrılmışdır. Bununla yanaşı 2017-ci ildə vərəmlə mübarizədə beynəlxalq yüksək səviyyəli təşkil olunan görüşlər barədə (G20 ölkələrinin Səhiyyə Nazirlərinin Antimikrob Müqavimətliliklə-vərəmlə mübarizəyə həsr olunmuş görüşü – 19-20 May 2017, Berlin; “TB people” pasiyent hüquqlarının müdafiəsi təşkilatlarının görüşü və Qlobal Kokus nümayəndələrinin vərəmə həsr olunmuş Sammiti 16-19 Sentyabr 2017,Tbilisi;  48-ci illik Ağciyər xəstəlikləri konfransı- 11-14 oktyabr 2017, Qvadalaxara, Meksika;  ÜST-ün Nazirlər konfransı – 16-17 Noyabr 2017, Moskva), bununla bağlı parlament üzvlərinin cəlb olunması və bir sıra əhəmiyyətli  məlumatlar seminar iştirakçılarına xüsusi vurğulanmışdır.

M.Qaraxanova tərəfindən iştirakçılara Vərəm, QİÇS və malariya ilə mübarizə Qlobal Fondun dəstəyi ilə Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının (ÖƏK) 3 noyabr 2017-cı il tarixində  keçirilmiş 38 saylı iclasda qeyd edilən  2018-2020 illər üçün yeni Vərəm qrantının başlanması ilə bağlı görülmüş hazırlıqlar və Texniki Baxış Panelinin tövsiyələri barədə məlumat çatdırılmışdır. Bununla yanaşı adı çəkilən iclasda növbəti 3 il üçün AzQAC-yenidən QHT-ən  ÖƏK-ə  üzv seçilməsi haqqında deyilmişdir.

Şərqı Avropa və Orta Asiya ölkələrində epidemioloji vəziyyəti nəzərə alaraq bu ölkələrdə fəaliyyət göstərə  Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri tərəfindən müxtəlif istiqamətli Vərəm və HİV üzrə layihələr həyata keçirilir. Bu baxımdan BQXQACF, Milli Cəmiyyətləri və   ÜST –n Vərəmlə mübarizə beynəlxalq qurumların nümayyəndələrilə 2017-ci il dekabr ayında Minsk şəhərində görüş keçirilmiş, Milli Cəmiyyətlərə  gələcəkdə Vərəm və HİV sahəsində fəaliyyətlərin genişlənməsinə dair vacib olan tövsiyələr verilmişdir:

  • Ölkə səviyyəsində bu sahədə dövlət və QHT-lə birgə əməkdaşlığın gücləndirilməsi: görüşlər, fəaliyyət planlarının tərtib olunmasında, tədbirlərin keçirilməsində fəal iştirak etmək;
  • -24 Mart-Ümumdünya Vərəmlə Mübarizə Gününün qeyd olunması fürsətini nəzərə alaraq hədəf qruplarının maraqlarına diqqət edərək onları cəlb etmək;
  • -TB və HIV sahəsində yerli və beynəlxalq şəbəkələrin nümayəndələrilə mütəmadi görüşlərin keçirilməsi, birgə layihələrin hazırlanmasında içtirakını təmin edilməsi;
  • -2018-ci il Sentyabr ayında keçiriləcək BMT-nin yüksək səviyyəli görüşü ilə bağlı ölkə üzrə maraqlı tərəflərin konkret məqamlarının müəyyənləşdirilməsi və müzakirəsində cəlb olunma və iştirak etmək;
  • -Region daxili (Avropa regionu səviyyəsində) ERNA-dan – Qızıl Xaç/Aypara Cəmiyyətlərinin Vərəm və HİV Avropa Şəbəkəsindən TB və HIV-nın qarşısının alınmasında fəal istifadə etmək.P1100510 P1100545 P1100559
2657 - Ümumi baxış sayı 3 - Gündəlik baxış sayı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.