IMG_0412

Estoniyanın Tallin şəhərində “Staff Management” adlı kurs keçirildi

20-26 yanvar 2018-ci il tarixlərində Estoniya Təhlükəsizlik Akademiyasında “Staff Management” adlı kursu keçirilmişdir.

Kurs Avropa İttifaqının Mülki Təhlükəsizliyi Tədris Proqramı tərəfindən maliyyələşdirilir və İsveçin Mülki əhalinin Davamlığı Agentliyi (MSB) tərəfindən Estoniya Təhlükəsizlik Elmlər Akademiyası (EASS) və Danimarka Fövqəladə Hallarda Yardım İdarəsi (DEMA) ilə birgə təşkil edilir.

“Staff Management” kursunun əsas məqsədi  iştirakçıların hər bir şəraitdə qurulmuş komandanın və digər mümkün olan müxtəlif strukturların idarə edilməsi qabiliyyətinin artırılmasıdır. Bu kursu bitirdikdən sonra, iştirakçı staff management adında və ya bütün sistemin idarə olunması prosedurlar və strukturlarının (informasiyanın idarə olunması və iş prosesi daxil olmaqla) həyata keçirilməsi ilə əlaqədar komanda liderinə məsləhət verə bilər.

Bu kursda Azərbaycan Qızıl Aypara Cəmiyyətini İcraçı Katibin müavini Səbinə Mahbubi-İran (AzQAC) təmsil etmişdir.

Qeyd edək ki, Milli Cəmiyyətin nümayəndələrinin bir neçə dəfə bundan öncə belə bir kurslarda, təlimlərdə iştirak etmək imkanı yaranmışdır və buda AzQAC ilə Anlaşma Memorandumu olan Fövqəladə Hallar Nazirliyinin tövsiyələri və digər təşkilat olan DEMA-nın təklifləri nəticəsində baş vermişdir. Fürsətdən istifadə edərək, Milli Cəmiyyət öz tərəfdaşlarına diqqət və əməkdaşlıq üçün dərin minnətdarlığını bildirir.IMGP3278 IMGP3288 IMGP3296

2609 - Ümumi baxış sayı 3 - Gündəlik baxış sayı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.