27781449_1636444866441805_1780272_n

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Suraxanı rayon bölməsi “Gənclər” gününü qeyd etdi


AzQAC Suraxanı rayon bölməsi “Gənclər”günü münasibəti ilə Hövsan qəsəbəsində yerləşən M.Mehtiyev adına 280 saylı tam orta məktəbdə yuxarı sinif şagirdləri ilə görüş keçirib.Suraxanı rayon bölməsinin sədri Turan Hüseynova gənc nəslə Beynəlxalq Qızıl Xaç Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında geniş məlumat verib.Cəmiyyətin həyata keçirdiyi layihələrdən, gənclərin,könüllülərin,mobil qrupların gördükləri işlərdən danışıb.Beynəlxalq Qızıl Xaç Komitəsi və Aypara Cəmiyyəti haqqında aldıqları məlumatlar gənc nəslin böyük marağına səbəb olub.Onlar müxtəlif suallar ilə müraciətlər ediblər və aldıqları cavablardan məmnun olduqlarını bildiriblər. Şagirdlər Aypara Cəmiyyətinin Suraxanı rayon bölməsinə könüllü üzv olaraq öz məktəblərində – 280 saylı məktəbdə “Gənc Humanistlər” adlı güşə yaradıblar. Məktəbin dərs hissə müdiri Şəhla Abdullayeva çıxış edərək Suraxanı RB sədri Turan Hüseynovaya keçirdiyi tədbir, məktəbli gənclərdən ibarət yaratdıqları “Gənc humanistlər”adlı güşə üçün məktəbin kollektivi adından minnətdarlığını bildirib.27718484_1636444919775133_1107900534_n 27718865_1636444949775130_1297757745_n 27781446_1636442716442020_1318575253_n 27781831_1636442489775376_274944446_n

2160 - Ümumi baxış sayı 3 - Gündəlik baxış sayı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.